Fəridə Əzizova: ""Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" layihəsi idman ailəmiz üçün əhəmiyyətli bir təşəbbüsdür"
BOK
27.10.2025, 15:33
Yaxın günlərdə Beynəlxalq Olimpiya Komitəsinin (BOK), Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasinin təşəbbüsü və Etika Akademiyasının dəstəyi ilə “Etik və psixoloji bacarıqlar ilə güclü idmançı” layihəsinə start veriləcək. Layihə gənc idmançıların həm idman meydanında, həm də gündəlik həyatda peşəkar və ləyaqətli davranış formalaşdırmasını hədəfləyir. Layihə barədə Olimpnews.az-a ətraflı məlumat verən Milli Olimpiya Komitəsinin Atletlər Komissiyasının sədri Fəridə Əzizova bu təşəbbüsün Azərbaycan idman ailəsi üçün böyük əhəmiyyət daşıdığını bildirib. “İlin əvvəlindən müxtəlif layihələr üzərində çalışırdıq və bu layihəni Beynəlxalq Olimpiya Komitəsinə təqdim etdikdən sonra müsbət cavab aldıq. "Etik və psixoloji bacarıqlar ilə güclü idmançı" layihəsi idman ailəmiz üçün əhəmiyyətli bir təşəbbüsdür. Biz idmançıların hərtərəfli inkişafına çalışmalıyıq. Layihə vasitəsilə gənc idmançılar etik davranış, nitq mədəniyyəti, stress menecmenti və psixoloji dayanıqlılıq sahəsində bilik və bacarıqlarını inkişaf etdirəcəklər. Bu bacarıqlar onları beynəlxalq arenada yalnız güclü idmançı kimi deyil, həm də mədəni, inamlı və ləyaqətli təmsilçi kimi formalaşdıracaq", - deyə Fəridə Əzizova bildirib. Atletlər Komissiyasının sədri layihənin detallarına da toxunub. Onun sözlərinə görə, proqram üç ay davam edəcək və hər biri 6 saatdan ibarət beş moduldan ibarət olacaq. Layihə Olimpiya idman növlərini əhatə edəcək və əsasən 15 yaşdan yuxarı idmançılar üçün nəzərdə tutulub. “Layihənin sonunda iştirakçılar testdən keçəcək və hər birinə beynəlxalq sertifikat təqdim olunacaq. Layihənin həyata keçirilməsinə dəstək göstərən Etika Akademiyasına və əməkdaşlığa dəstək olan federasiyalara minnətdarlığımı bildirirəm. Əminəm ki, birlikdə gördüyümüz bu iş Azərbaycan idmanının keyfiyyətini və nüfuzunu yeni səviyyəyə yüksəldəcək", - deyə Fəridə Əzizova bildirib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Yaradıcılığı ilə Azərbaycana yeddi beynəlxalq sertifikat qazandırmış Nicat Ərtürk
22.08.2026, 19:01 Olimpiya dünyası
-
Kanoeçimiz dünya çempionatında iştirak edəcək
22.08.2026, 18:15 Su idman növləri
-
Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
21.08.2026, 12:32 Taekvondo
-
Azərbaycanda ilk dəfə beynəlxalq çimərlik polosu turniri keçiriləcək
21.08.2026, 12:19 Olimpiya dünyası
-
Avropa çempionatı: Əli Baxışov finala vəsiqə qazanıb, Banuçiçək Nəsirli bürünc medala sahib olub
21.08.2026, 12:08 Boks
-
Paragüllə atıcılarımı dünya çempionatına Bakıda hazırlaşırlar
21.08.2026, 11:56 Güllə atıcılığı
-
Azərbaycan klubları UEFA reytinqində rekordu yeniləyiblər
21.08.2026, 11:36 Futbol
-
UEFA reytinqindəki mövqeyimiz dəyişməyib
21.08.2026, 11:09 Olimpizm xəbərləri
-
Ağırlıqqaldıranımız Kosovoda bürünc medal qazandı
21.08.2026, 10:45 Ağırlıqqaldırma
-
AVRO-2026: Voleybol millimiz bu gün Bakıdakı ilk oyununa çıxır
21.08.2026, 10:00 Voleybol
-
Cüdoçumuz Ekvadorda dünya çempionu adını qazandı
21.08.2026, 09:25 Cüdo
-
Avropa çempionatında medal qazanan paracüdoçularla görüş keçirilib
21.08.2026, 08:36 Cüdo
-
Konfrans Liqası: "Qarabağ" səfərdə "Tvente"yə qalib gəldi
21.08.2026, 00:05 Futbol
-
Formula 1 üzrə Azərbaycan Qran-prisi könüllüləri üçün təlim keçirilib
20.08.2026, 12:51 Formula 1
-
İspaniyalı Formula 1 pilotu “Uilyams”la yeni müqavilə imzalayıb
19.08.2026, 18:18 Formula 1
-
Luka Modriçin qızı “Real Madrid”in akademiyasına keçib
19.08.2026, 17:03 Futbol
-
Bakıda keçiriləcək voleybol üzrə Avropa çempionatının maskotları bəlli olub
19.08.2026, 15:49 Voleybol
-
Futbol hakimlərimiz UEFA-nın yay kursunda
19.08.2026, 15:35 Futbol
-
Münxen 2028-ci il Çempionlar Liqasının finalına ev sahibliyinə namizədliyini irəli sürüb
19.08.2026, 14:53 Futbol
-
“Roma” portuqaliyalı futbolçu ilə 5 illik müqavilə imzalayıb
19.08.2026, 14:07 Futbol
-
“Aston Villa”dan iki transfer
19.08.2026, 13:15 Futbol
-
“Monako” Poqba ilə yollarını ayırıb
19.08.2026, 12:23 Futbol
-
"Məqsədimiz Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaqdır"
19.08.2026, 11:57 Futbol
-
Azərbaycan taekvondoçuları Prezident Kubokunda mübarizəyə başlayırlar
19.08.2026, 11:24 Taekvondo
-
Dünyanın ən yaxşı cinah müdafiəçilərinin reytinqi tərtib edilib
19.08.2026, 10:37 Futbol
-
"Sabah" bu gün ilk oyununa çıxacaq
19.08.2026, 10:05 Futbol
-
Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb
18.08.2026, 19:41 Güləş
-
“Real Madrid” Joze Mourinyonu ictimaiyyətə təqdim edib
18.08.2026, 19:08 Futbol
-
Üç güləşçimiz dünya çempionatının yarımfinalında
18.08.2026, 18:20 Güləş
-
Avropa çempionatının Bakıdakı oyunlarını idarə edəcək hakimləri bəlli olub
18.08.2026, 16:09 Voleybol
-
Avropa çempionatında medal qazanan paracüdoçular Vətənə qayıdıblar
18.08.2026, 15:30 Cüdo
-
Azərbaycan klubu 4 legioner voleybolçu transfer edib
18.08.2026, 14:48 Voleybol
-
Niderlandlı futbolçu “Borussiya Dortmund”da
18.08.2026, 14:16 Futbol
-
Beynəlxalq Cüdo Federasiyası İlham Zəkiyevin tarixi uğurunu xüsusi qeyd edib
18.08.2026, 13:43 Cüdo