Noyabrın 5-də “İdman Veteranları” İctimai Birliyi Azərbaycanın tanınmış idman veteranları Vətən müharibəsində qazanılan zəfərin 5-ci ildönümü münasibətilə İkinci Fəxri Xiyabanını ziyarət ediblər.
İdman veteranları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canlarından keçmiş şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.


