Qadın voleybolçular arasında Azərbaycan Super-liqasında XII turun oyunları keçirilib. Günün ilk görüşündə "Telekom”la "Lokomotiv” komandaları üz-üzə gəliblər. İlk 2 dövrədə hərəyə bir dəfə qələbə qazanan klubların qarşılaşmasında bu dəfə "dəmiryolçular” qalib gəlib. "Lokomotiv” 3:0 hesablı qələbəyə sevinib.
Turun digər matçında isə "Azərreyl” "İqtisadçı”nı sınağa çəkib. Görüşün favoriti olan "tələbələr” aktivlərinə növbəti 3 xalı əlavə ediblər. Aleksandr Çervyakovun yetirmələri qələbə qazanmaq üçün əllərindən gələni əsirgəməyiblər. Lakin bütün bunlara baxmayaraq onlar bu tur xal üzünə həsrət qalıblar.
Beləliklə, XII turdan sonra turnir cədvəlində dəyişiklik qeydə alınıb. "İqtisadçı” yenidən ikinci pilləyə yüksəldiyi halda, "Lokomotiv” "Azərreyl”i qabaqlayıb.
Qeyd edək ki, turun mərkəzi görüşü Rabitə” - "Azəryol” matçı Çempionlar Liqasının "dördlər finalı” ilə bağlı aprelin 4-də keçiriləcək.
XII tur
12 mart
"Azərreyl” - "İqtisadçı” - 0:3 (20:25; 21:25: 21:25)
İlk oyun: "Azərreyl” - "İqtisadçı” - 2:3 (24:26; 25:21; 25:23, 20:25, 14:16)
İkinci oyun: "İqtisadçı” - "Azərreyl” - 3:1 (25:21; 23:25; 25:21; 25:17)
"Telekom” - "Lokomotiv” - 0:3 (16:25; 11:25; 21:25)
İlk oyun: "Telekom” - "Lokomotiv” - 3:2 (21:25; 25:11; 19:25; 26:24; 15:13)
İkinci oyun: "Lokomotiv” - "Telekom” - 3:1 (29:27; 30:28; 23:25; 25:21)