Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunlarının cüdo yarışlarına start veriləcək.
Olimpnews.az xəbər verir ki, ilk yarış günündə 5 çəki dərəcəsi üzrə 6 idmançımız tatami üzərinə çıxacaq. Kişilərin yarışında 66 kq çəki dərəcəsində Ruslan Paşayev mübarizə aparacaq. Təmsilçimiz 1/4 finalda Yerjan Yerenkayıpov (Qazaxıstan) - İsmael Alhassane (Niger) cütünün qalibi ilə üz-üzə gələcək.
Olimpiya mükafatçısı Hidayət Heydərov (-73 kq) isə mübarizəyə 1/8 finaldan başlayacaq. O, ilk qarşılaşmada Cibuti idmançısı Aden-Aleksandr Husseyn ilə üz-üzə gələcək.
Qadınların yarışında Könül Əliyeva (-48 kq) 1/4 finalda Axliya Muminova (Tacikistan) ilə qarşılaşacaq.
52 kq çəki dərəcəsində isə iki təmsilçimiz tatami üzərinə çıxacaq.
Təmsilçilərimizdən Gültac Məmmədəliyeva 1/8 finalda türkiyəli Buketnur Karabulutla, Aydan Vəliyeva isə 1/4 finalda Madina Qurbonzoda (Tacikistan) - Sintya Badru (Mozambik) cütünün qalibi ilə üz-üzə gələcək.
-57 kq dərəcəsində ölkəmizi Fidan Əlizadə təmsil edəcək. Gənclər arasında Avropa cempionumuz 1/4 finalda Dina Muxanbet (Qazaxıstan) / Jermen Nadej Bella Buanqa (Qabon) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, VI İslam Həmrəyliyi Oyunlarında Azərbaycan ümumilikdə 10 çəki dərəcəsində 12 cüdoçu (5 kişi, 7 qadın) ilə təmsil olunur. Turnirdə ümumilikdə 32 ölkədən 147 cüdoçu mübarizə aparır.
Yarışın təsnifat mərhələsinin görüşlərinə Bakı vaxtı ilə saat 12:00-dan, final blokuna isə 18:00-da start veriləcək.
Cüdoçularımız İslamiadada mübarizəyə başlayırlar


