Azərbaycan komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ilk medallarını qazanıb.
Olimpnews.az xəbər verir ki, komandamızın həyətində Nuray Əbilova (48 kq) ağırlıqqaldırma yarışlarında üç bürünc medala sahib olub.
15 yaşlı idmançımız birdənqaldırma hərəkətində 65 kq və təkanlaqaldırma hərəkətində 79 kq ağırlığın öhdəsindən gəlib. Təmsilçimiz bu nəticələrlə ümumi hesabda üçüncü yerə layiq görülüb. Bununla da idmançımız bir günə üç bürünc medal qazanıb.
İslamiada: Azərbaycan ağırlıqqaldıranı bir gündə üç medal qazandı


