Nuray Əbilova “Medal qazanacağımı gözləyirdim”

Nuray Əbilova “Medal qazanacağımı gözləyirdim”

"Medal qazanacağımı gözləyirdim. Biraz çətin oldu amma mən bunu bacardım".
Olimpnews.az xəbər verir ki, bu sözləri Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3 bürünc medal qazanan Azərbaycan ağırlıqqaldıranı Nuray Əbilova (48 kq) müsahibəsində deyib.
Federasiya rəhbərliyinə təşəkkürünü bildirən idmançımız gələcək kariyerasında dünya, Avropa və Olimpiya çempionu olmaq istədiyini bildirib: “Başda anama mənə göstərdiyi böyük dəstəyə görə minnnətdarlığmı bildirirəm. Yarış çox yaxşı keçdi. İnanıram ki, bundan da yaxşı nəticələr qazanacağıq”.