Bu gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən üzgüçülük yarışlarına start verilib.
Olimpnews.az xəbər verir ki, üzgüçülük yarışlarının ilk günündə Azərbaycan idmançısı Süleyman İsmayılzadə bürünc medala sahib çıxıb. Təmsilçimiz 1500 metr məsafəyə sərbəst üsulla üzmə proqramında fəxri kürsünün üçüncü pilləsində yer alıb.


