Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib

Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən voleybol yarışları davam edir. 

Olimpnews.az xəbə verir ki, bu gün qadın voleybolçulardan ibarət millimiz Oyunlarda növbəti oyununu keçirib. Komandamız üçüncü oyunda Türkiyə millisi ilə qarşılaşıb. Oyun rəqibin 0:3 (12:25, 8:25, 10:25) hesablı qələbəsi ilə yekunlaşıb. 

Komandamız növbəti oyununu noyabrın 12-də Əfqanıstan yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, oyunu Milli Olimpiya Komitəsinin vitse-prezidenti və İSSA-nın ikinci vitse-prezidenti Çingiz Hüseynzadə, MOK-un baş katibi Azər Əliyev və vitse-prezidenti Fərid Mansurov da izləyib.

Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib Voleybol millimiz İslamiadada növbəti oyununu keçirib