Cüdoçumuz VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

Cüdoçumuz VI İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandı

Azərbaycan komandası VI İslam Həmrəyliyi Oyunlarında növbəti qızıl medalını qazanıb. 

Olimpnews.az xəbər verir ki, cüdoçumuz Südabə Ağayeva -70 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, həlledici görüşdə özbəkistanlı rəqibi Xurşida Razzokberdievanı məğlub edib. 

Bu, komandamızın VI İslam Həmrəyliyi Oyunlarında ikinci qızıl medalıdır.