Azərbaycanın boksçusu Aynur Mikayılova Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz fələstinli Noura Abunaba qalib gələrək adını finala yazdırıb.
Qeyd edək ki, döyüşü İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyib.


