Azərbaycanın boksçusu Sərxan Əliyev Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal görüşünə çıxıb.
Olimpnews.az xəbər verir ki, 70 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz iordaniyalı rəqibinə məğlub olaraq oyunların bürünc medalını qazanıb.
Qeyd edək ki, döyüşü İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva izləyib.


