Stolüstü tennis üzrə qadınlardan ibarət yığma komandamız VI İslam Həmrəyliyi Oyunlarında yarımfinal oyununa çıxıb.
Olimpnews.az xəbər verir ki, komandamız finala vəsiqə uğrunda qarşılaşmada Misir kollektivi ilə üz-üzə gəlib. Oyun rəqib komandanın 8:5 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, stolüstü tennis üzrə qadınlardan ibarət yığmamız VI İslam Həmrəyliyi Oyunlarını bürünc medalla başa vurub.
Stolüstü tennis üzrə millimiz İslamiadanı bürünc medalla başa vurdu


