Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarının yeddinci yarış günü başa çatıb.
Olimpnews.az xəbər verir ki, Azərbaycan idmançıları günü 12 (2 qızıl, 6 gümüş, 4 bürünc) medal başa vurublar. Bununla da komandamızın medallarının sayı 29-a (4 qızıl, 9 gümüş, 16 bürünc) çatıb.
Komandamız bu nəticə ilə ötən gün olduğu kimi 6-cı pillədə yer alıb. Siyahıya əvvəlki kimi, aktivində 39 qızıl, 13 gümüş, 9 bürünc medalla Türkiyə yığması başçılıq edir. Özbəkistan komandası 29 (9 qızıl, 12 gümüş və 8 bürünc medalla ikinci, aktivində 6 qızıl, 4 gümüş, 9 bürünc medal olan Misir komandası isə üçüncüdür.
Qeyd edək ki, hazırda 28 ölkənin komandası medal qazanıb ki, onlardan da 14-ü qızıl medal sevinci yaşayıb.


