Azərbaycan ağırlıqqaldıranı Dadaş Dadaşbəyli Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında daha bir medal qazanıb.
Olimpnews.az xəbər verir ki, 110 kq çəki dərəcəsində mübarizə aparan idmançımız təkanla qaldırmada 211 kq çəkinin öhdəsindən gələrək gümüş medala sahib çıxıb.
Beləliklə,komandamızın bayraqdarı iki hərəkətin cəmində 391 kq qaldırmaqla gümüş mükafata sahib olub. O, daha əvvəl birdən qaldırmada 180 kq çəkinin öhdəsindən gəlmişdi.
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 11-ə çatıb. Daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kq) isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.
İslamiada: Bayraqdarımız daha bir gümüş medal qazandı


