İslamiada: Muaytayçımız yarımfinala vəsiqə qazandı 

İslamiada: Muaytayçımız yarımfinala vəsiqə qazandı 

Azərbaycan muaytayçısı Səlahəddin Qocazadə bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində növbəti döyüşünü keçirib. 
Olimpnews.az xəbər verir ki, 65-70 kq çəki dərəcəsində mübarizə aparan  təmsilçimiz 1/4 final mərhələsində qazaxıstanlı Nurtaza Jumaxanovla üz-üzə gəlib. Görüş idmançımızın 29:28 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimiz qələbə sayəsində sabah təşkil olunacaq yarımfinal görüşünə vəsiqə qazanıb.