VI İslam Həmrəyliyi oyunları çərçivəsində stolüstü tennis üzrə qarışıq qoşa yarışları keçirilir.
Olimpnews.az xəbər verir ki, yarışda iştirak edən Adil Əhmədzadə və Mərziyyə Nurmətovadan ibarət cütlüyümuz yarımfinal mərhələsinə vəsiqə qazanıb. Təmsilçilərimiz 1/4 finalda Cibutidən olan rəqiblərinə 3-0 hesabı ilə qalib gəlib. Komandamız bu nəticə ilə ən azı bürünc medalı təmin edib.


