Oğrular 3 ildən sonra yenidən Sterlinqin "qonağı oldular"

Oğrular 3 ildən sonra yenidən Sterlinqin "qonağı oldular"

"Çelsi"nin hücumçusu Rahim Sterlinqin evi qarət olunub.

Olimpnews.az "The Telegraph" qəzetinin məlumatına görə, futbolçu soyğun zamanı ailəsi ilə birlikdə evdə olub. Sterlinq və ailəsi zərər görməyib. Şübhəlilərin kimliyi müəyyən edilib, lakin "Daily Mail" qəzetinin məlumatına görə, onlar artıq ölkəni tərk ediblər.

Qeyd olunur ki, Sterlinq əvvəllər də bu cür halla rastlaşıb. 2022-ci ildə baş verən qarət zamanı evdə heç kim olmayıb.