Muaytayçımız İslamiadanın finalında

Muaytayçımız İslamiadanın finalında

Bu gün VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay üzrə yarımfinal görüşlərinə start verilib.

Olimpnews.az xəbər verir ki, Azərbaycan təmsilçisi Xəyal Əliyev də 60-65 kq çəki dərəcəsində finala vəsiqə uğrunda döyüşə çıxıb. Təmsilçimizin rəqibi fələstinli Ameer Amlen olub. Görüş 30:27 hesablı qələbə ilə başa vuran idmançımız sabah təşkil olunacaq final qarşılaşmasına vəsiqə qazanıb.

Digər idmançımız Əli Əliyev isə 56-60 kiloqram çəki dərəcəsində keçirilən yarımfinal görüşündə qazaxıstanlı Turar Duisexana məğlub olub.