VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən muaytay yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, muaytay yarışlarının son günündə təmsilçimiz Xəyal Əliyev 60-65 kq çəki dərəcəsində finalda mərakeşli Hamza Raşidlə üz-üzə gəlib.
Həlledici görüşdə rəqibinə məğlub olan idmançımız VI İslam Həmrəyliyi Oyunlarının gümüş medalını qazanıb.
Qeyd edək ki, təmsilçilərimizdən 50-55 kq çəki dərəcəsində Əli Əliyev və 65-70 kq çəki dərəcəsində Səlahəddin Qocazadə Oyunların bürünc medallarına sahib çıxıblar.
İslamiada: Muaytayçılarımız Oyunları 3 medalla başa vurdular


