Göyçayda voleybolçu qızların yarışı başa çatıb

Göyçayda voleybolçu qızların yarışı başa çatıb

Göyçay rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə voleybolçu qızların rayon birinciliyi keçirilib.
Göyçay şəhər 1 nömrəli orta məktəbin idman zalında keçirilən yarışda rayonun 9 orta məktəbinin şagirdləri iştirak edib. Üç gün davam edən turnirdə şəhər 6 nömrəli orta məktəbin komandası birinci, 4 nömrəli məktəbin şagirdləri ikinci, 1 nömrəli məktəbin voleybolçuları 3-cü yerə çıxıb. Gənclər və idman idarəsinin kollektivi yarışda qalib gələn komandanın üzvlərini mükafatlandırmışdır.