Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən ağırlıqqaldırma yarışlarına yekun vurulub.
Olimpnews.az xəbər verir ki, Oyunların son günündə Dadaş Dadaşbəyli 110 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz Oyunlarda 2 gümüş medal qazanıb. Təmsilçimiz birdən qaldırma hərəkətində göstərdiyi 180 kq nəticə ilə ikinci olub. Təkanla qaldırma hərəkətində 211 kq çəkini başı üzərinə qaldıran komandamızın bayraqdarı, ümumilikdə 391 kq göstərici ilə fəxri kürsünün ikinci pilləsinə qalxıb.
Qeyd edək ki, bununla da ağırlıqqaldırma üzrə Azərbaycan millisinin İslamiadada qazandığı medalların sayı 11-ə çatıb. Daha əvvəl Nuray Əbilova (48 kq) 3 bürünc, İsa Rüstəmov (71 kq) 1 gümüş və 2 bürünc, Ravin Alməmmədov (79 kq) isə 2 gümüş və 1 bürünc mükafat əldə edib.
Ağırlıqqaldıranlarımız İslamiadanı 11 medalla başa vurdular


