İslamiada: Həndbol millimiz növbəti oyununu keçirib

İslamiada: Həndbol millimiz növbəti oyununu keçirib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən həndbol yarışları davam edir.

Olimpnews.az xəbər verir ki, Azərbaycanın qadın həndbolçulardan ibarət millisi Oyunlarda ikinci oyununa çıxıb. Komandamızın rəqibi Qazaxıstan seçməsi olub. Qarşılaşma rəqib komandanın 34:31 hesablı qələbəsi ilə yekunlaşıb. 

Qeyd edək ki, Azərbaycan millisi ilk oyunda Özbəkistan yığmasına 26:28 hesabı ilə məğlub olmuşdu. Komandanın Qətərlə matçı rəqib turnirə gəlmədiyi üçün baş tutmayıb.