İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib

İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında 3x3 basketbol və atletika yarışlarına start verilib.

 

Basketbolçularımız Səudiyyə Ərəbistanının qadınlardan ibarət 3x3 basketbolçuları ilə üz-üzə gəlib.

Olimpnews.az xəbər verir ki, komandamız rəqibini 21:8 hesabıyla məğlub edib. Yığmamızın növbəti rəqibi Türkiyə millisi ilə olacaq.

Atletika idman növündə üç təkanla tullanma yarışlarında isə idmançımız Yekaterina Sarıyevanın mübarizəsi davam edir.

Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə VI İslam Həmrəyliyi Oyunlarında basketbol və atletika yarışlarını oyunların keçirildiyi arenada izləyib.

 

İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib İslamiada: MOK-un vitse-prezidenti 3x3 basketbol və atletika yarışlarını izləyib