Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunan VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən 3x3 basketbol yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, qadınlardan ibarət milliz bu gün üçüncü oyununa çıxıb. A qrupunda yer alan komandamız qrupun son oyununda Fildişi Sahili yığması ilə qarşılaşıb. Oyun millimizin 21:14 hesablı qələbəsi ilə başa çatıb. Komandamız bu nəticə ilə qrupu birinci pillədə başa vuraraq yarımfinala yüksəlib.


