Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, yunan-Roma güləşi yarışlarında çıxış edən Həsrət Cəfərov (67 kq) gümüş medala sahib çıxıb. Olimpiya mükafatçımız finalda İran təmsilçisi Səid İsmailiyə 3:8 hesabı ilə məğlub olaraq fəxri kürsünün ikinci pilləsində yer alıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Fərid Mansurov final görüşünü Oyunların keçirildiyi arenadan izləyib.


