Yunan-Roma güləşçimiz İslamiadanın finalında 

Yunan-Roma güləşçimiz İslamiadanın finalında 

Səudiyyə Ərəbistanın paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən güləş yarışları davam edir.

Olimpnews.az xəbər verir ki, bu gün daha 5 güləşçimiz mübarizəyə başlayıb. Yunan-Roma güləşçilərimizdən Murad Əhmədiyev (97 kq) uğurla çıxış edərək finala vəsiqə qazanıb. Təmsilçimiz ilk görüşdə Misir, növbəti mərhələdə isə Türkiyə idmançılarına qalib gəlib. 

Qeyd edək ki, final yarışlarına Bakı vaxtı ilə saat 18:30-da start veriləcək.