Madrid "Real"ının hücumçusu Qonsalo Qarsiya qış transfer pəncərəsində klubdan ayrıla bilər. "Daily Mail Sport"un məlumatına görə, İngiltərənin "Brayton" klubu hücumçunu yanvar ayında icarəyə götürməkdə maraqlıdır.
Qeyd edək ki, 21 yaşlı ispaniyalı futbolçu altı oyunda dörd qol vuraraq, 2025-ci il FİFA Klublararası Dünya Kubokunun ən çox qol vuran oyunçusu olub. Bundan sonra Madrid klubu hücumçunun müqaviləsini 2030-cu ilə qədər artırıb.


