Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, komandamız qılıncoynatmanın sablya növü üzrə yarımfinalda Türkiyə millisi ilə üz-üzə gəlib.
Keçirilən görüşdə millimiz 45:32 hesablı qələbəsi ilə finala vəsiqə qazanıb.


