Azərbaycan komandası Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında növbəti medalını qazanıb.
Olimpnews.az xəbər verir ki, sərbəst güləşçimiz İslam Bazarqanov (57 kq) finalda Qırğızıstan güləşçisi Abdulmalik Karaçova məğlub olaraq Oyunların gümüş medalını qazanıb.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.


