Azərbaycan idmançısı Ruzanna Məmmədova VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.
Olimpnews.az xəbər verir ki, 62 kq çəki dərəcəsində mübarizə aparan qadın güləşçimiz finalda nigeriyalı Ester Kolavaleyə 4:6 hesabı məğlub olub.
Qeyd edək ki, İslam Həmrəyliyi Oyunlarına noyabrın 21-də yekun vurulacaq.
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və İSSA-nın İcraiyyə Komitəsinin üzvü və Ər-Riyad-2025 İslam Həmrəyliyi Oyunlarının Koordinasiya Komissiyasının sədri, millət vəkili Könül Nurullayeva final görüşünü oyunların keçirildiyi arenada izləyib.


