Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda VI İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən qılıncoynatma yarışları davam edir.
Olimpnews.az xəbər verir ki, bu gün qızlardan ibarət komandamız qılıncoynatmanın sablya növü üzrə finalda Özbəkistan millisi ilə üz-üzə gəlib. Millimiz görüşdə 45:43 hesabı ilə qalib gələrək Oyunların qızıl medalına layiq görülüb.
Qılıncoynadanlarımız İslamiadada qızıl medal qazandı


