Sərbəst güləşçimiz İslamiadada qızıl medal qazandı

Sərbəst güləşçimiz İslamiadada qızıl medal qazandı

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunları sona yaxınlaşır.

Olimpnews.az xəbər verir ki, yarışların son günündə sərbəst güləşçimiz Arseniy Djioyev qızıl medal qazanıb. 

86 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz finalda bəhreynli Xıdır Səipudinova 5:1 hesabı ilə qalib gələrək bu uğura nail olub.