Azərbaycan millisinin sərbəst güləşçisi Giorgi Meşvildişvili VI İslam Həmrəyliyi Oyunlarında bürünc medal qazanıb.
Olimpnews.az xəbər verir ki, Olimpiya mükafatçımız 125 kq çəki dərəcəsində bu uğura nail olub. Sərbəst güləşçimiz misirli idmançı Abdelrəhman Şeyatanaya 5:0 hesabı ilə qalib gəlib.


