«McLaren»in 24 yaşlı avstraliyalı pilotu Oskar Piastri sosial media səhifəsində keçmiş Formula 1 rəhbəri Berni Ekklstoun baradə fikirlərin paylaşıb. Onun fikrincə Britaniya komandası Piastrini komanda yoldaşı Lando Norrisə qarşı titul yarışında qəsdən geri çəkir. ««McLaren» mövsümün ikinci yarısında Norrisə üstünlük verir. İlin əvvəlində Piastri daha sürətli idi, amma indi müxtəlif üsullarla daim geri çəkilir. Norrisin gücü və mediada nüfuzu daha çoxdur. Ona qarşı ictimaiyyətin diqqəti var", - deyə Ekklstoun vurğulayıb. Lakin Piastri bu paylaşımı sosial media səhifəsindən qısa zaman ərzində silib.
Piastri fikir paylaşıb və dərhal silib


