Azər Həsənov Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
Olimpizm xəbərləri
03.12.2025, 10:29
Noyabrın 24-28-də Türkiyənin Antalya şəhərində Beynəlxalq Universal Döyüş Federasiyasına prezident seçkiləri keçirilib. Olimpnews.az xəbər verir ki, seçkilərin nəticəsinə əsasən, Azərbaycan Universal Döyüş Federasiyası tərəfindən namizədliyi irəli sürülən Azər Həsənov növbəti dörd il müddətinə Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib. Yeni vəzifəsi ilə bağlı açıqlama verən Azər Həsənov bildirib ki, universal döyüş idman növü hazırda 53 ölkədə fəaliyyət göstərir. Onun sözlərinə görə, federasiyanın rəhbərliyinə seçilməsi ölkəmizdə idman sahəsində görülən işlərin, həmçinin Azərbaycan Respublikasının Prezidentinin uğurlu daxili və xarici siyasətinin növbəti bariz nümunəsidir. Qeyd edilib ki, Beynəlxalq Universal Döyüş Federasiyası 17 nəfərdən ibarət İcraiyyə Komitəsi tərəfindən idarə olunur. Xatırladaq ki, universal döyüş idman növü Azərbaycanda 1999-cu ildən fəaliyyət göstərir. Təmsilçilərimiz bu idman növü üzrə 2003-cü ildən etibarən beynəlxalq yarışlarda təmsil olunurlar. 2006-cı ildə ölkəmizdə universal döyüş üzrə dünya çempionatı, 2010-cu ildə isə Avropa çempionatı uğurla keçirilib. 2004-cü ildən etibarən isə ölkımizdə ümummilli liderin xatirəsinə həsr olunmuş beynəlxalq turnir ənənəvi şəkildə təşkil olunur. Məlumat üçün bildirək ki, universal döyüş gənclərin hərbi xidmətədək dövrdə hərtərəfli fiziki və taktiki hazırlığını təmin edən kompleks idman növüdür. Yarışlar iki mərhələdən – rəqiblə döyüş və maneələr zolağından ibarətdir. Maneələr zolağına 2 metrlik hündürlük baryeri, 5 metr uzunluğunda qum tuneli, 10 metrlik məsafədən pnevmatik silahla atəş, 3 metrdən hədəfə bıçaq atma, 6 metrlik tor maneəsinə dırmanma və kanatla enmə daxildir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Zelim Kotsoyev dünya çempionatında mübarizəni dayandırdı
Bugün, 13:30 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və Olimpiya Həmrəyliyi Formunda iştirak edir
Bugün, 12:50 MOK
-
Azərbaycan Premyer Liqasında yeddinci tura start verilir
Bugün, 11:25 Futbol
-
Basketbol Liqasında ikinci tur başlayır
Bugün, 11:08 Basketbol
-
Olimpiya çempionumuz dünya çempionatına qələbə ilə başladı
Bugün, 10:54 Cüdo
-
8 boksçumuz Avropa çempionatında yarımfinal döyüşünə çıxacaq
Bugün, 10:35 Boks
-
Olimpiya çempionumuz dünya çempionatında mübarizəyə başlayır
Bugün, 10:00 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal qazandı
08.10.2026, 18:40 Cüdo
-
MOK-un nümayəndə heyəti AOK-un 46-cı Seminarı və BOK-un Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcək
08.10.2026, 15:55 MOK
-
Cüdo üzrə dünya çempionatına həsr olunmuş "Tarixə toxunan" adlı sərgi açılıb
08.10.2026, 15:47 Cüdo
-
Dünya çempionatı: Murad Fətiyev bürünc medal uğrunda yarışacaq
08.10.2026, 15:16 Cüdo
-
Avropa çempionatı: İki boksçumuz yarımfinala vəsiqə qazanıb
08.10.2026, 11:01 Boks
-
Azərbaycan Kuboku: Bu gün daha 3 oyun keçiriləcək
08.10.2026, 10:52 Futbol
-
III Beynəlxalq Xankəndi Ultramarafonuna Qəbələdə start verilib
08.10.2026, 10:39 Atletika
-
Beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş olub
08.10.2026, 10:31 Olimpiya dünyası
-
Dünya çempionatında beşinci yarış gününə start verilir
08.10.2026, 10:03 Cüdo
-
Zelim Tçkayev finaldakı məğlubiyyətin səbəbini açıqladı
07.10.2026, 21:45 Cüdo
-
Ömər Rəcəbli: "Qazandığım medalı atama həsr edirəm"
07.10.2026, 20:33 Cüdo
-
Dünya çempionatı: Zelim Tçkayev gümüş medal qazandı
07.10.2026, 19:09 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:45 Cüdo
-
Cüdoçumuz 25 il sonra Bakıda atasının uğurunu təkrarladı
07.10.2026, 18:36 Cüdo
-
Lotar Matteus: "Cüdo məni özünə valeh edir"
07.10.2026, 18:16 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuz finala vəsiqə qazandı
07.10.2026, 15:26 Olimpizm xəbərləri
-
Dünya çempionatı: Zelim Tçkayev yarımfinala vəsiqə qazanıb
07.10.2026, 14:55 Cüdo
-
Cüdoçumuz bürünc medal uğrunda yarışacaq
07.10.2026, 14:51 Cüdo
-
ACF prezidenti dünya çempionatında bürünc medal qazanan Rəşid Məmmədəliyevi təbrik edib
07.10.2026, 13:32 Cüdo
-
Cüdoçumuzdan dünya çempionatında növəti qələbə
07.10.2026, 13:11 Cüdo
-
Parakamandan oxatma üzrə millimiz təlim-məşq toplanışında iştirak edir
07.10.2026, 12:58 Olimpiya dünyası
-
Daha bir cüdoçumuz dünya çemponatına qeəbə ilə başladı
07.10.2026, 12:43 Cüdo
-
Dünya çempionatının bürünc mükafatçısından uğurlu başlanğıc
07.10.2026, 12:25 Cüdo
-
Beşqat Olimpiya çempionu Bakıda keçirilən dünya çempionatının iştirakçılarına müraciət edib
07.10.2026, 12:00 Cüdo
-
Dünya çempionatı: Cüdoçumuzdan uğurlu start
07.10.2026, 11:40 Cüdo
-
Azərbaycan Kubokunda yeni mövsüm başlayır
07.10.2026, 11:02 Futbol
-
Messi millidəki karyerasını başa vurdu
07.10.2026, 10:48 Futbol