Taekvondoçularımız dünya birinciliyində 3 medal qazanıblar

Taekvondoçularımız dünya birinciliyində 3 medal qazanıblar


Tayvanın Taypey şəhərində gənclər arasında taekvondo üzrə dünya birinciliyi keçirilir. Azərbaycan millisi yarışda üç medal qazanıb. Mundiala 18 taekvondoçu ilə yollanan komandamızın heyətində Məhəmməd Məmmədov (55 kq) bütün rəqiblərinə qalib gələrək dünya çempionu adına layiq görülüb.
Bu gün başa çatacaq turnirdə Səid Quliyev (73 kq) gümüş, Safiye Polat (49 kq) isə bürünc medala sahib olubar.
Dünya birinciliyindən əvvəl təşkil olunmuş təsnifat turnirində S.Quliyev və S.Polat Çinin Nanjinq şəhərində keçiriləcək gənclərin Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar.