“Rabitə” dünya çempionatında iştirak edəcək

“Rabitə” dünya çempionatında iştirak edəcək



Azərbaycan çempionu "Rabitə” voleybol komandası növbəti dəfə klublararası dünya çempionatında iştirak edəcək.
Paytaxt təmsilçisi 1 illik fasilədən sonra planetin ən səviyyəli klub turnirinə qatılacaq. Bu barədə qərarı Beynəlxalq Voleybol Federasiyası (FİVB) verib.
FİVB bu il mayın 7-dən 11-dək İsveçrənin Sürix şəhərində keçiriləcək mundial üçün nəzərdə tutulan 2 "wild card”dan birinə Azərbaycanın "Rabitə”ni layiq görüb. Buna paytaxt klubunun son illərdə qazandığı uğurlar və yarış iştirakçılarının tərkibinin dəyişdirilməsi səbəb olub.
Qeyd edək ki, "Rabitə” 2011-ci ildə dünya çempionatının qalibi, 1 il sonra isə gümüş mükafatçısı olub.