İspaniyanın “Real Sosyedad” klubu ispaniyalı baş məşqçi Serxio Fransiskonu vəzifəsindən azad edib.
Olimpnews.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, yeni ilə qədər onu İon Ansoteqi əvəz edəcək.
Qeyd edək ki, 46 yaşlı Fransisko 2025-ci ilin aprelindən bəri klubu idarə edirdi. La Liqada "Real Sosyedad" 16 turdan sonra 16 xalla 15-ci pillədə qərarlaşıb.


