Azərbaycan budoçuları Moldovaya gedəcəklər

Azərbaycan budoçuları Moldovaya gedəcəklər


Aprelin 5-dən 11-dək Moldovanın paytaxtı Kişinyovda budo döyüş növləri üzrə Avropa çempionatı keçiriləcək.
Yarışda ölkəmizi Avropa və dünya çempionları - Elman İmanov, Səxavət Əliyev, Həsən Əliyev, Mərdan Vəliyev, Valeh İsmayılov, Xəyal Quliyev, Elgün Xanoğlanlı və digər idmançılar təmsil edəcəklər.
Otuz beş idmançıdan ibarət milli komandamız ABDNF-nin prezidenti Faiq Rəfiyevin rəhbərliyi ilə mübarizə aparacaqdır.