Super-liqada növbəti turun oyunları keçirilib

Super-liqada növbəti turun oyunları keçirilib


Qadın voleybolçular arasında Azərbaycan Super Liqasında XIII turun görüşləri keçirilib. Turun mərkəzi oyununda ilk 2 sırada qərarlaşan "Rabitə” və "İqtisadçı” komandaları qarşılaşıb. Rəqibindən 2 oyun az keçirən Azərbaycan çempionu görüşün favoriti sayılsa da, heç də asan qələbə qazanmayıb. Belə ki, Eldar Yusubovun komandası 2 dəfə hissələrin fərqinə görə hesabda geri düşüb - 0:1, 1:2. Lakin buna baxmayaraq, sonda təcrübə öz sözünü deyib. Tay-brekdə daha üstün olan "Rabitə” "İqtisadçı”ya qalib gəlib - 3:2. "Rabitə” kimi əzəli rəqibi "Azəryol” da xal itkisi ilə üzləşib. Ancelo Vercesinin yetirmələri gənclərdən təşkil olunan "Telekom”a çətinliklə qalib gəliblər. Turun "Lokomotiv” - "Azərreyl” oyunu da böyük əhəmiyyət kəsb edirdi. Çünki bu cütdə qalib gələcək komanda pley-offa doğru inamlı addım atacaqdı.
Bu xoşbəxtlik isə "Azərreyl”ə qismət olub. Əsasını millimizin perspektivli voleybolçuları təşkil etdiyi komanda "Lokomotiv”ə çətin anlar yaşadıb. Düzdür, ilk seti Kladio Kuellonun komandası qazanıb. Amma ardınca üstünlük "Azərreyl”in tərəfinə keçib. Onlar "Lokomotiv”i məğlub ediblər - 3:1.
Martın 28-də isə XIV turun oyunları keçirilib. Voleybol Mərkəzində təşkil olunan tura "Telekom” - "Azərreyl” matçı ilə start verilib.
Qarşılaşma gəlincə oyuna Aleksandr Çervyakovun yetirmələri fəal başlayıb. Belə ki, "Telekom” ilk 2 hissədə qalib gəlib.
Rəqib hissələr arasındakı fərqi azaltsa da, bundan artığına gücü çatmayıb. "Dəmiryolçular” isə bu qələbə sayəsində pley-offa doğru daha bir inamlı addım atıblar. Bu görüşdən sonra
"Rabitə” "Lokomotiv” komandasını sınağa çəkib. Ötən çempionatda inamlı çıxışı ilə yadda qalan "Lokomotiv” bu mövsum uğursuz çıxışı ilə diqqət çəkir. Onların bu oyunda rəqibi ilə bərabərsəviyyəli oyun keçirəcəyini çoxları gözləmirdi. Çünki "Rabitə” bu mövsüm çempionluğa ən real namizədlərdən biri sayılır. Oyuna gəldikdə isə Eldar Yusubovun komandası görüşə fəal başlayıb. İlk hissədən üstünlüyə yiyələnən "rabitəçilər” bu üstünlüyü axıradək qoruyub. "Rabitə” rəqibinə 3:0 hesabı ilə qalib gəlməklə aktivinə növbəti 3 xalı əlavə edib. Günün son oyununda isə "Azəryol”la "İqtisadçı” komandaları üz-üzə gəlib. Görüş "Azəryol”un 3:1 hesablı qələbəsi ili başa çatıb.
"Azəryol” - "İqtisadçı” - 3:1 (25:21; 20:25; 25:21; 25:23)
İlk oyun: "Azəryol” - "İqtisadçı” - 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14)
İkinci oyun: "İqtisadçı” - "Azəryol” - 0:3 (23:25; 24:26; 20:25)


XIII tur
26 mart
"Lokomotiv” - "Azərreyl” - 1:3 (25:21; 20:25; 22;25; 19;25)
İlk oyun: "Lokomotiv” - "Azərreyl” - 3:0 (25:23; 25:21; 25:21)
İkinci oyun: "Azərreyl” - "Lokomotiv” - 3:2 (25:22; 22:25; 25:13; 21:25; 15:13)
"İqtisadçı” - "Rabitə” - 2:3 (25:20; 21:25; 25:23; 23:25; 13:15)
İlk oyun: "İqtisadçı” - "Rabitə” - 3:1 (13:25; 25:23; 26:24; 25:16)
İkinci oyun: "Rabitə” - "İqtisadçı” - 3:0 (25:21; 25:15; 25:20)

"Azəryol” - "Telekom” - 3:2 (25:9; 22:25; 27:25; 21:25; 15:8)
İlk oyun: "Azəryol” - "Telekom” - 3:1 (25:19; 10:25; 25:18; 25:22)
İkinci oyun: "Telekom” - "Azəryol” - 1:3 (15:25; 24:26; 25:14; 16:25)
XIV tur
28 mart
"Azəryol” - "İqtisadçı” - 3:1 (25:21; 20:25; 25:21; 25:23)
İlk oyun: "Azəryol” - "İqtisadçı” - 3:2 (25:19, 25:19, 23:25, 13:25, 16:14)
İkinci oyun: "İqtisadçı” - "Azəryol” - 0:3 (23:25; 24:26; 20:25)


"Telekom” - "Azərreyl” - 1:3 (20:25; 21:25; 25:21; 18:25)
İlk oyun: "Telekom” - "Azərreyl” - 0:3 (22:25; 23:25; 22:25)
İkinci oyun: "Azərreyl” - "Telekom” - 3:1 (24:26; 25:21; 25:22; 25:18)

"Rabitə” - "Lokomotiv” - 3:0 (25:21; 25:18; 25:20)
İlk oyun: "Rabitə” - "Lokomotiv” - 3:0 (25:13, 25:13, 25:20)
İkinci oyun: "Lokomotiv” - "Rabitə” - 1:3 (21:25; 12:25; 25:22; 22:25)