Seneqallı futbolçu Sadio Mane mövsümün sonunda peşəkar karyerasını başa vuracaq.
Olimpnews.az xəbər verir ki, bu barədə 33 yaşlı futbolçu özü Afrika Millətlər Kubokunun finalından sonra açıqlamasında bildirib. O, 2026 FIFA Dünya Kubokunun onun üçün milli komandadakı son turnir olacağını qeyd edib.
Xatırladaq ki, Seneqal millisi Afrika Millətlər Kubokunun finalında Mərakeşə minimal hesabla (1:0) qalib gələrək ikinci dəfə turnirin çempionu olub.


