Komandamız Avropa çempionatına hazırlaşır

Komandamız Avropa çempionatına hazırlaşır


Voleybol üzrə qadınlardan ibarət yığma komandamızın növbəti hədəfi 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının finalıdır.

Məhz bu məqsədlə qızlarımız may ayında Avropa çempionatının 2-ci seçmə mərhələsində iştirak edəcəklər. Bolqarıstan, Yunanıstan və Portuqaliya milliləri ilə eyni qrupda mübarizə aparacaq komandamız ilk olaraq Bolqarıstanda 3 oyun keçirəcək. Cavab oyunları isə paytaxtımızda təşkil olunacaq.
Qeyd edək ki, qrup birincisi olan komanda birbaşa final mərhələsinə vəsiqə əldə edəcək, qrup ikincisi olan komanda isə növbəti 3-cü mərhələdə vəsiqə uğrunda mübarizə aparacaq.
D qrupunda mübarizə aparacaq komanadamız qrup birincisi olduğu halda Avropa çempionatının finalına VI dəfə ardıcıl olaraq vəsiqə qazanmış olacaq.

22. 05.2014 (Bolqarıstan)
Portuqaliya - Azərbaycan
Bolqarıstan - Yunanıstan

23. 05. 2014 (Bolqarıstan)
Azərbaycan - Yunanıstan
Portuqaliya - Bolqarıstan

24. 05. 2014 (Bolqarıstan)
Yunanıstan - Portuqaliya
Azərbaycan - Bolqarıstan

Cavab oyunları

29. 05. 2014 (Azərbaycan)
Portuqaliya - Bolqarıstan
Azərbaycan - Yunanıstan

30. 05. 2014 (Azərbaycan)
Bolqarıstan - Yunanıstan
Portuqaliya - Azərbaycan

31. 05. 2014 (Azərbaycan)
Yunanıstan - Portuqaliya
Bolqarıstan - Azərbaycan