İsveçrəli dağ xizəkçi üçüncu çempionluğunu qeyd edir

İsveçrəli dağ xizəkçi üçüncu çempionluğunu qeyd edir

İsveçrəli dağ xizəkçisi Franyo fon Allmen Milan-Kortina-2026 Qış Olimpiya Oyunlarında medallarını sıralayır. 

Olimpnews.az xəbər verir ki, o, super nəhəng slalom yarışlarında üçüncü qızıl medalını qazanıb. Allmen məsafəni 1 dəqiqə 25,32 saniyəyə qət edib. Bundan əvvəl 24 yaşlı İsveçrə təmsilçisi sürətli eniş və kombinasiya yarışlarında fərqlənmişdi.
Məlumat üçün bildirək ki, tək bir olimpiadada üç qızıl medal qazanan sonuncu xizəkçi fransalı Jan-Klod Killi olub. O, 1968-ci ildə eniş, nəhəng slalom və slalom yarışlarında qalib gəlmişdi.