WADA-nın Bakı simpoziumu təxirə salındı 

WADA-nın Bakı simpoziumu təxirə salındı 

Ümumdünya Antidopinq Agentliyi (WADA) martın 18-19-da Bakı şəhərində keçirilməsi planlaşdırılan WADA-nın Avropa üzrə Regional Simpoziumunu Yaxın Şərqdəki vəziyyət səbəbindən təxirə salıb. 
AMADA-nın mətbuat xidmətindən verilən məlumata görə, simpoziumdan əvvəl Bakı şəhərində təşkil olunması nəzərdə tutulan WADA-nın İcraiyyə Komitəsinin (ExCo) iclasının isə onlayn formatda keçirilməsinə qərar verilib.   
WADA açıqlamasında ev sahibləri - Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi və Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) göstərdiyi qonaqpərvərlik və dəstəyini yüksək qiymətləndirərək bu qərarın asanlıqla qəbul edilmədiyini diqqətə çatdırıb. Hava nəqliyyatında mümkün fasilələr və  logistika amilləri diqqətlə təhlil edildikdən sonra bu qərarın verilməsi zəruri hesab olunub.