Voleybol üzrə qızlardan ibarət (19 yaşınadək) Azərbaycan millisinin heyəti açıqlanıb. Baş məşqçi Vüqar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün müəyyənləşdirdiyi heyətə 14 oyunçu çağırıb. "Azəryol”un da məşqçisi olan gənc mütəxəssis Bolqarıstanda keçiriləcək yarışda Səmayə Abbaslı, Günay Bayramova, Lyubov Qaluşko, Viktoriya Qaluşko, Nisəxanım Həzrətli, Çinarə Quliyev, Recina Kutbiyeva, Leysan Lvovkina, Güləbatın Məcidli, Səbinə Moiseyeva, Nərminə Musayeva, Leyla Parşkova, Yuliya Pşeniçnix və Nelli Salbişvilinin köməyindən istifadə edəcək. Əliyevin köməkçisi funksiyasını isə Alla Həsənova yerinə yetirəcək.
Qeyd edək ki, qrupumuzda Bolqarıstanla yanaşı, Rusiya və Avstriya milliləri yer alıb.