Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədova mövsümün sonunda Rusiyanın "Omiçka” klubunun tərk edə bilər. Omsk təmsilçisi hazırda zədəli olan 30 yaşlı voleybolçumuzla müqaviləni yeniləmək fikrində deyil. Artıq digər ölkələrin klubları Məmmədova ilə maraqlanmağa başlayıblar. Ona Rusiya, Türkiyə və İsveçrə klubları ciddi maraq göstərirlər. Məmmədovanın yenidən Azərbaycana qayıdışı da istisna deyil. Belə ki, hücumçu 2003-2005 və 2006-2007-ci illərdə şərəfini qoruduğu "Azəryol”un (keçmiş "Azərreyl”) diqqət mərkəzindədir. Lakin Natalya hələ qərar verməyə tələsmir və seçimindən sonra yekun fikrini açıqlayacaq.
Qeyd edək ki, Natalya Məmmədova "Omiçka”ya 2012-ci ildə "Rabitə”dən transfer olunmuşdu.