“Rabitə” ciddi itki ilə üzləşib

“Rabitə” ciddi itki ilə üzləşib



Azərbaycan çempionu "Rabitə” ciddi itki ilə üzləşib. Bakı təmsilçisi pley-off öncəsi Katarjina Skorupanın köməyindən məhrum olub.
Polşalı toppaylayıcı sağ əlindən ciddi zədə alıb. Voleybolçunun meneceri Yakub Dolata bildirib ki, Skorupa bugünlərdə Parisdə cərrahiyyə əməliyyatı keçirəcək: "Katarjina Azərbaycanda və Polşada müayinə olunub. Müayinə nəticəsində əməliyyatın qaçılmaz olduğu dəqiqləşib”.
Qeyd edək ki, növbəti 2 ildə də "Rabitə”nin şərəfini qoruyacaq Skorupa bu mövsümün pley-off və final mərhələlərində forma geyinə bilməyəcək.