Aprelin 10-da Şəki Şəhər Gənclər və İdman İdarəsinin tədbirlər planına əsasən ali, orta ixtisas və peşə məktəblərinin qızlardan ibarət komandaları arasında voleybol üzrə şəhər birinciliyi keçirilib. Şəki Şəhər Gənclər və İdman İdarəsinin rəis müavini A.Səfərova təşkil olunan yarışı giriş sözü ilə açaraq, oyunun qaydaları haqqında idmançılara geniş məlumat verib. Çıxış edən natiq yarışın məqsədinin, voleybol idman növünün kütləviliyinin artırılmasından, perspektivli voleybolçuları aşkar edərək, şəhərin yığma komandasının tərkibinə cəlb etməkdən ibarət olduğunu qeyd edib. Daha sonra yarşılara start verilib. Qızlardan ibarət komandalar arasında keçirilən yarışda I yeri Pedaqoji Kollecin, II yeri Musiqi Kollecinin, III yeri isə AMİ-nin Şəki filialının komandası tutub.
Qalib komandalar diplomlar və xatirə hədiyyələri ilə təltif olunublar.