İsmayıllıda şəhər 3 saylı tam orta məktəbinin idman bazasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə məktəb komandaları arasında voleybol üzrə rayon birinciliyi keçirilib.
Rayon Gənclər və İdman İdarəsinin və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə yarışlarda 84 komanda iştirak edib. Aprelin 8-də gərgin idman mübarizəsi şəraitində keçən final görüşlərinin nəticələrinə əsasən I yerə şəhər 5 saylı, II yerə şəhər 3 saylı tam orta məktəblərinin, III yerə isə Buynuz kənd məktəbinin komandası çıxıb.
Hər üç komanda Gənclər və İdman İdarəsinin diplom və qiymətli hədiyyələri ilə təltif olunub.