Üzgüçümüz Belarus açıq çempionatının qalibi olub

Üzgüçümüz Belarus açıq çempionatının qalibi olub

Brest şəhərində üzgüçülük üzrə Belarus açıq çempionatı keçirilib.
Azərbaycanlı idmançı bu yarışda iki medal əldə edib. Onların hər ikisini Elvira Həsənova qazanıb. Əvvəlcə o, sərbəst üzgüçülük üslubunda 50 m məsafəni 27.69 san. qət edərək qalib olub. 100 m məsafəni isə Elvira Həsənova sərbəst üzgüçülük üslubunda 1 dəq. 00.05 san müddətində başa vuraraq yarışın gümüş medalına layiq görülüb.